1. Ümumi müddəalar
  1. “ALGORITMA” MMC-nin (bundan sonra “Şirkət”) Məxfilik Siyasəti (bundan sonra “Siyasət”) Şirkət tərəfindən şəxsi məlumatlarınızın emalına dair məlumatlandırma məqsədilə hazırlanmış məxfilik bildirişidir.
  2. Siyasətin məqsədi, Şirkət tərəfindən idarə olunan https://www.algoritma.az/ internet saytının (Bundan sonra “Sayt”) fəaliyyət göstərməsi zamanı Saytın istifadəçiləri/üzvləri/ziyarətçiləri (bundan sonra “Məlumat Subyekti”) tərəfindən Şirkətlə paylaşılmış və ya Məlumat Subyektinin Saytdan istifadəsi zamanı Şirkət tərəfindən toplanmış və emal edilmiş şəxsi məlumatların istifadəsinə dair şərtləri və qaydaları müəyyənləşdirməkdir.
  1. Toplanılan şəxsi məlumatların dairəsi
  2. Şirkət tərəfindən toplanılan və emal edilən və “Fərdi məlumatlar haqqında” AR-nın Qanununa əsasən şəxsi məlumat hesab edilən məlumatların dairəsinə aşağıdakılar daxildir:
    • Şəxsiyyət Məlumatları
    • Əlaqə Məlumatları
    • İstifadəçi Məlumatları
    • İstifadəçi Əməliyyat Məlumatları
    • Əməliyyat Təhlükəsizliyi Məlumatları
    • Marketinq Məlumatları
    • Müraciət/Şikayət İdarəetmə Məlumatları
    • Hadisə İdarəetmə Məlumatları
    • Coğrafi Məkan Məlumatları
  3. “Fərdi məlumatlar haqqında” AR-nın Qanununun 5.1-ci maddəsi ilə müəyyənləşdirilmiş açıq məlumatlar kateqoriyasına müəyyən olunmuş qaydada adsızlaşdırılmış, subyekt tərəfindən açıq elan olunmuş və ya ümumi istifadə üçün yaradılmış informasiya sisteminə subyektin razılığı ilə onun barəsində daxil edilmiş məlumatlar daxildir. Bu cür məlumatların toplanması və emal edilməsi bu Siyasətə tabe olmadan həyata keçirilə bilər.
  4. Şirkət, Saytdan istifadə zamanı texniki ünsiyyət faylları (cookie) vasitəsilə istifadə ilə bağlı məlumatlar toplayır və bu vasitə ilə məlumat subyektlərinin IP ünvanlarını qeyd edir.
  1. Məlumatların toplanılması məqsədi
  1. Şirkət tərəfindən toplanılan və emal edilən məlumatlar aşağıdakı məqsədlər üçün istifadə oluna bilər:
    • Şirkət tərəfindən təqdim olunan xidmətlərdən yararlanmağınız üçün;
    • Şirkətlə əlaqənin təmin edilməsi üçün;
    • Saytdan və Şirkətin xidmətlərindən effektiv istifadəni təmin etmək məqsədilə zəruri fəaliyyətlərin planlaşdırılması və icrası üçün;
    • Tərəfdaşların təqdim olunan xidmətlər barədə məlumatlandırılması üçün;
    • Sayt və Şirkət xidmətlərinin təkmilləşdirilməsi üçün aparılan fəaliyyətlər (əlaqə idarəetmə proseslərinin təkmilləşdirilməsi, məmnuniyyət sorğuları və s.) üçün.
  2. Şirkət, analiz və marketinq məqsədli çərəzlər (cookie) də daxil olmaqla müxtəlif növ texniki çərəzlərdən istifadə edə bilər və bu məlumatları yalnız analitik xidmətlərin tələb etdiyi miqyasda üçüncü tərəflərə ötürə bilər. Bu fayllar istifadəçinin cihazında saxlanılan kiçik mətn fayllarıdır və saytın istifadəsini asanlaşdırmaq, istifadəçi təcrübəsini fərdiləşdirmək məqsədi daşıyır.
  3. Əksər brauzerlər çərəzləri qəbul edəcək şəkildə tənzimlənmişdir. Lakin istifadəçi istədikdə çərəzlərin qəbul edilməməsi və ya göndərildikdə xəbərdarlıq göstərilməsi üçün brauzer parametrlərini dəyişdirə bilər.
  1. Məlumatların üçüncü tərəflərə ötürülməsi
  1. Şirkət, Məlumat Subyektinə aid şəxsi məlumatları və bu məlumatlar əsasında əldə etdiyi yeni məlumatları, yalnız bu Siyasətdə göstərilən məqsədləri həyata keçirmək məqsədilə, xidmətlərindən faydalandığı üçüncü tərəflərə ötürə bilər.
  2. Şirkət, istifadəçi təcrübəsini təkmilləşdirmək, təhlükəsizliyi təmin etmək, qeyri-qanuni və icazəsiz istifadə hallarını aşkarlamaq, texniki problemləri aradan qaldırmaq və digər qeyd edilən hallarla əlaqədar üçüncü tərəflərlə məlumatları paylaşa bilər.
  3. Üçüncü tərəflər dedikdə, bununla məhdudlaşmayaraq, aşağıdakılar nəzərdə tutulur:
  1. Müəyyən məlumatları tələb etməyə səlahiyyəti olan dövlət orqanları və ya məhkəmələr;
  2. Auditorlar;
  3. Məsləhətçilər;
  4. Ödəniş agentləri;
  5. Texniki, marketinq, analitika, rabitə, texnologiya, data və digər xidmət təminatçıları.
  1. Məlumat subyektlərinin hüquqları
  2. Məlumat subyektlərinin aşağıdakı hüquqları mövcuddur:

• Şəxsi məlumatlarının emal olunub-olunmadığını öyrənmək;

• Əgər emal olunubsa, bu barədə məlumat tələb etmək;

• Məlumatların emal olunma məqsədini və bu məqsədə uyğun istifadə olunub-olunmadığını öyrənmək;

• Məlumatların ötürüldüyü yerli və ya xarici üçüncü şəxsləri bilmək;

• Məlumatlar natamam və ya yanlış emal olunubsa, onların düzəldilməsini tələb etmək.

  1. Məlumat subyektlərinin vəzifələri
  1. Məlumat Subyekti, bu Siyasətdə qeyd olunan məlumatların tam, dəqiq və aktual olduğunu, hər hansı dəyişiklik baş verdikdə məlumatları dərhal yeniləyəcəyini öhdəsinə götürür. Əgər məlumatlar yenilənməzsə, Şirkətin bundan irəli gələn məsuliyyəti olmayacaqdır.
  2. Məlumat Subyekti, hər hansı şəxsi məlumatının Şirkət tərəfindən istifadə edilməməsini tələb etdiyi halda, Saytın bütün funksiyalarından tam şəkildə istifadə edə bilməyəcəyini qəbul edir və bu səbəbdən yaranacaq məsuliyyəti öz üzərinə götürür.
  3. Məlumat saxlanılma müddəti
  1. Şirkət, Məlumat Subyekti tərəfindən təqdim olunan şəxsi məlumatları yalnız yuxarıda göstərilən məqsədləri yerinə yetirmək üçün zəruri olan müddət ərzində saxlayacaqdır.
  2. Bundan əlavə, Şirkət və Məlumat Subyekti arasında mümkün ola biləcək mübahisələr zamanı, hüquqi müdafiəni təmin etmək məqsədilə yalnız zəruri olan müddət ərzində və qanunvericilikdə müəyyən edilmiş müddətlərə uyğun şəkildə bu məlumatları saxlaya bilər.
  3. Məlumatların təhlükəsizliyi
  4. Şirkət, aşağıdakı məqsədlərlə lazımi texniki və inzibati tədbirləri görməyi və müvafiq yoxlamaları aparmağı öhdəsinə götürür:

• Şəxsi məlumatların qanunsuz emal edilməsinin qarşısını almaq;

• Şəxsi məlumatlara qanunsuz girişin qarşısını almaq;

• Məlumatların təhlükəsiz şəkildə qorunmasını təmin etmək.

  1. Sayt vasitəsilə digər tətbiqlərə keçid verildiyi halda, həmin tətbiqlərin gizlilik siyasəti və məzmununa görə Şirkət məsuliyyət daşımır.
  2. Yekun müddəalar
  1. Şirkət bu Siyasətin müddəalarını əvvəlcədən xəbərdarlıq etmədən birtərəfli qaydada istənilən vaxt dəyişə bilər.
  2. Bu cür dəyişikliklər edildikdən sonra Saytdan istifadə etməklə, bu dəyişiklikləri qəbul etmiş olursunuz.